03.05.2021

Вкус чая Берга

“Berqa” çay bir-birindən dadlı və ləzzətli çay çeşidləri ilə süfrələrinizi bəzəməyə davam edir. Təkrarolunmaz ətri və dadı ilə hər kəsi məftun edən “Berqa”nın bu qədər ləzzətli olmasının sirri nədir? Bir fincan “Berqa” çayınızı yanınıza qoyun və məqaləmizi oxumağa başlayın. Berqa çayının ləzzətinin əsas sirlərindən biri Şri-Lankanın ucsuz-bucaqsız yaşıl dalğalara bənzər, parlaq günəşdən bolca payını almış çay plantasiyalarında yetişməsidir. Təbiətdən gələn enerji ilə dadına dad qatan “Berqa” Feel, “Berqa” Enjoy, “Berqa” Dream, “Berqa”Berqamot, “Berqa” Jasminli, “Berqa” English Breakfast çay çeşidləri əhvalınızı hər zaman dəyişdirməyə hazırdır. Məhz buna görə də, süfrənizdən “Berqa”nı, ruhunuzdan isə müsbət enerjini əskik etməyin. Nuş olsun!