27.04.2021
Çayın insan bədəninə faydaları
Azərbaycanda çay ən çox içilən və sevilən içkilərdən biridir. “Berqa” çayının dadı isə bütün ölkəyə məlumdur. Bəs çayın insan bədəni üçün faydaları haqqında məlumatınız varmı? Alimlərin çay içməyin gətirə biləcəyi üstünlüklərini sizinlə bölüşürük. Bir fincan “Berqa” çayınızı yanınıza qoyun və məqaləmizi oxumağa başlayın. Çay ürək xəstəliyi riskini azaldır. Çay əsas arteriyaları genişləndirib, laxtalanma riskini azaldaraq bədəndəki qan axınını yaxşılaşdırır. Çayda “flavonoid” adlanan antioksidantlar da vardır ki, bu da ürək xəstəliklərinin başlanğıcını və riskini ləngitməyə qadirdir. Çay bədəni nəmləndirir. İdmandan və ya ofisdə uzun bir gündən sonra bədənin suyunu bərpa etmək üçün suyun əsas maye sayılmasına baxmayaraq, bəzi alimlər çay içməyin eyni dərəcədə faydalı ola biləcəyinə inanırlar. Kofein tərkibinin çox olmasına baxmayaraq, çay zəngin və ləzzətli bir su mənbəyi təmin etdiyi üçün nəmləndirmə üçün əla vasitədir. Çay diş çürüməsinin qarşısını alır. Nə qədər təəccüblü gəlsə də, adi bir çay istifadəsi dişlərinizi həqiqətən gücləndirə və diş çürüməsi riskini azalda bilər. Çay diş minasını möhkəmləndirə bilən böyük bir florid mənbəyidir. Çay içməklə artıq çəkilərdən qurtulmaq mümkündür. Bəzi elmi tədqiqatlar müntəzəm çay içməyin kalorilərin yanmasını sürətləndirərək, bədən yağının azalmasına kömək edə biləcəyini irəli sürmüşdür. Ən azından, xüsusi şirin içkiləri içməkdən daha az kökəldir. Çay ilə yaddaş gücünü möhkəmlətmək olar. Bir çox elm adamı yaşıl çay kimi bəzi çay növlərinin beyindəki yaddaş hüceyrələrini gücləndirə biləcəyinə və demensiya, hətta altsheymer xəstəliyindən müdafiə edəcəyinə inanır. Təəccüblü deyil ki, yaşlı insanlar bu qədər çay içirlər. Çayın gücü ilə xərçəngi məğlub etmək realdır. Bəzi yüksək dərəcəli araşdırmalar bu yaxınlarda çay içməyin xərçəngdən qorunma şansınıza ciddi formada kömək edə biləcəyini söyləmişdir. Bu sahədə tətqiqatlar hələ də inkişaf etsə də, analizlər prostat, ağız və süd vəzi xərçəngi hallarının gündə beş və ya daha çox fincan çay içənlər arasında daha az olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, süfrənizdən dadlı, faydalı çayı, yəni “Berqa”nı əskik etməyin. Nuş olsun!