Berqa - Əhvalınızı Dəyişdirəcək

Ləzzətli bir çayın dəmlənməsi

İstəyinizə uyğun Berqa çay çeşidini təmin etdikdən sonra, quru və kənar qoxuların olmadığı bir yerdə mühafizə ediniz. İstifadə ediləcək suyun keyfiyyəti də içəcəyiniz çayın ləzzətinə birbaşa təsir edən amildir. Saflaşdırılmış su vəya qaynaq suyu, ləzzətli bir çay üçün ən yaxşısıdır.

İsti quru dəmliyə hər stəkan su üçün 2 çay qaşığı hesabı ilə çay qoyduqdan sonra təzə qaynadılmış suyu biraz dinləndirib, həmin çayın üzərinə əlavə edin.

Daha sonra dəmliyi dəsmala büküb çayın dəmlənməsini gözləyin. Qara çayı 5-6dq. , yaşıl çayı isə 6-7dq. dəmləyin. Çayınız Nuş Olsun!

Ləzzətli bir çay üçün diqqət edilməli məqamlar:

Çayın özünəməxsus ətri var.Çay qutusu açıldıqdan sonra, nəm və kənar ətirlərdən təsirlənmədən, qapalı şəkildə muhafizə edilməlidir

Çox qaynar su ilə hazırlanan çayın ləzzəti azalır.

Suyun qaynadılması, sabit hava qabarcıqları yaranana qədər olmalıdır.

Dəmləmə zamanı istifadə edilən su yumşaq ve yeni qaynadılmış olmalıdır.

Qaynamış suyu dəmliyı tökmədən əvvəl biraz dinləndirin.

Ləzzətli bir çay üçün saxsı, keramik vəya porselən bir çaynikdən istifadə olunması tövsiyyə olunur.

Dəmlənmiş çay yarım saat müddətində içilməlidir.

"Dəmləmə qaydasına riayət edərək, çayın ləzzətini iki qat artırın!"