HAQQIMIZDA

INTERTEA (Pvt) Ltd, Şri Lankada ən böyük çay istehsalatçılarından biridir. Müəssisənin əsas missiyası – dünya bazarında yüksək keyfiyyətli çay istehsalçısı olaraq müştərilərin və istehlakçıların məmnuniyyətini qazanmaqdır. Fabrikimiz ən müasir istehsal avadanlığı ilə təchiz olunmuş və beynəlxalq keyfiyyət menecment sisteminə uyğun ISO 9001-2000 və İSO 22000:2005(HACCP) sertifikatlarına layiq görülmüşdür. INTERTEA, illər boyu müştərilərini seçilmiş, ən yüksək keyfiyyətli çaylar ilə təmin etməklə Kolombo Çay Assossiasiyası, Çay İxracatçılar Birliyi, İxrac İnkişaf Şurası və Seylon Ticarət Palatası kimi mərkəzlərlə dinamik sürətdə çalışır və Şri Lankada 10 əsas çay ixracatçılarının səviyyəsinə yüksəlmişdir.  

Berqa markası da INTERTEA (Pvt) Ltd şirkətinin dünya çay sevənləri üçün hazırlayıb təqdim etdiyi, beynəlxalq bir ticarət nişanıdır. Əsas məqsədi möhtəşəm çay zövqü ilə özümüzü yaxşı hiss etməyimizə kömək etməkdir. Şri Lankada toplanan ən yüksək keyfiyyətli xammaldan hazırlanan Berqa çayları qısa zamanda bütün çay sevənlərin əsas seçimi olmağı bacardı. Bu uğur bizi çay sevənlərə yeni və daha ləzzətli çaylar istehsal etməyə həvəsləndirir. Berqa markası olaraq daima əsas missiyamızı yerinə yetirməyə çalışdığımız üçün çay bazarında yüksək mövqelərdə qalmağı bacarırıq. Bizim üçün ilk növbədə çaylarımızın keyfiyyəti və istehlakçı məmnuniyyəti önəmli olduğu üçün hər bir çay sevənin ağız dadınauyğun çaylar istehsal etməyə çalışırıq. Bu səbəbdən bizim AR-GE komandamız yeni və daha keyfiyyətli çayları istehsal etməyimiz üçün daima son sürətlə araşdırmalar həyata keçirir. Çay bazarındakı trendləri hər zaman izləyir və trendlərə uyğun Berqa çaylarını sizə təqdim edirik.

Sayənizdə ən çox sevilən çay markalarından biri olduğumuz üçün sizin məmnuniyyətinizi təmin etmək üçün daima əlimizdən gələni etmişik və edəcəyik. Ən çox sevilən çay çeşidlərini sizin üçün bir yerə toplayan Berqa markası daim əhvalınızı dəyişdirəcək.

Çayın yaranma tarixi

Çayın yaranma tarixi

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi, qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş, soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-də istehsalıdır.

Çay ağacının vətəni Çin hesab edilir. Məhz Çinlilər, yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. Əfsanəyə görə, Çinin ilk imparatorlarından biri olan Shen Yung, çay yarpağının təsadüfən isti suya düşməsini görür, onu içən imparator bu dadı çox bəyənir və beləliklə bugünkü “çay" kəşf edilmiş olur.

Early Grey-Berqamot Ətirli Çayın Hekayəsi

Early Grey-Berqamot Ətirli Çayın Hekayəsi

Earl Grey çayı, ətirli sitrus meyvə olan berqamotun qabığından çıxarılmış yağın ekstraktı ilə çayın qarışığından hazırlanır və dünyada ən çox tanınan ətirli çay növlərindən biridir. Bu çayın, 1830-1834-cü illərdə İngiltərə baş naziri olan Charles Earl Grey adı ilə bağlı olduğu bilinir. Rəvayətə görə Çinli bir dövlət adamı, bu çay numunəsini ingilis dənizçilərin onun oğlunu gəmi qəzasından qurtarması səbəbi ilə İngiltərə baş nazirinə hədiyyə olaraq göndərmişdir. Başqa bir rəvayətə görə də, 1838-ci ildə çay və berqamot yağını bir yerdə daşıyan bir ingilis gəmisi fırtınaya rast gəlib. Qəza nəticəsində həmin berqamot yağı çaylara qarışıb, çayın sahibi də ziyana getməmək üçün çayları bu halda satışa verib və bu qarışıq ingilislər tərəfindən çox bəyənilib. Beləliklə, kəşf edilən bu yeni çay, Hindistanda çay istehsal sahələrinə sahib Charles Earl Greyin adı ilə tanınmış olur. Berqamot, elm dünyasında narıncı berqamia olaraq tanınır və mütəxəssislərin fikrinə görə bu bitki, acı portağal ilə limonun qarışımından əldə olunmuşdur.

Image

Plantasiyadan yığılmış yaşıl çay yarpaqlarından qara çay emal etmək üçün 5 texnoloji prosesdən keçirilir:

Çay necə istehsal olunur:

Texnoloji prosesi düzgün aparılmış çayın dəminin rəngi qırmızımtıl qəhvəyi olur. Çayın yarpaqları qara məxməri çay fizioloji və bioloji -tərkibinə əsasən dəmləndikdə rəngvermə qabiliyyətinə malikdir. Xırda çay yapraqları daha tez dəm alır və rəng verir.