29.06.2021

“Berqa” markasının dəstəyi ilə Onlayn Qadın Festivalı keçirilib

Azərbaycanda ilk dəfə olaraq “Berqa” markasının da rəsmi tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutub. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradan festival qadinfest.az platforması üzərindən həyata keçirilib. Bir fincan əhvalları dəyişdirən “Berqa” çayının ətrafına toplanan xanımları maraqlandıran çoxşaxəli mövzular müzakirəyə çıxarılıb, onlar üçün əsl xoş əhval zonası yaradılıb. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutub.