05.04.2021
Berqa çayın insan bədəninə faydaları
Çay dünyanın ən sevimli içkilərindən biridir və insanların demək olar ki, 80% -i onu istehlak edir. “Berqa” çayının dadı isə bütün ölkəyə məlumdur. İnsan sağlamlığına faydalı təsiri ilə də bilənən qara çay, yaşıl çay, oolong çay Camellia sinensis bitkisinin məhsuludur. Araşdıraraq hazırladığımız bu məlumatlar alimlər tərəfindən təsdiqlənmiş və çayın faydaları olaraq bilinməkdədir. Bir fincan “Berqa” çayınızı yanınıza qoyun və məqaləmizi oxumağa başlayın.
Ürək xəstəliklərinin qarşısını alır - qara çayda olan yüksək miqdarda flavonollar, taflavinlər ürək xəstələrində koronar arteriya disfunksiyasının bərpasına kömək edir. İflic, ateroskleroz və digər ürək-damar xəstəliklərinə səbəb ola biləcək qan damarlarının anormal fəaliyyətini də aradan qaldırır. Bu səbəbdən çay içənlərin ürək xəstəliyinə tutulma riski azdır.
Xərçəng riskini azaldır - çayda olan polifenollar güclü sərbəst radikal təmizləyici hesab edilir. Bu da çay istehlakı zamanı xərçəng hüceyrələri ilə mübarizədə aktivlik göstərir və şişin yaranmasına maneə törətdiyi görülmüşdür. Çay birləşmələri dərinin, ağciyərlərin, ağız boşluğunun, yemək borusunun, mədə, qaraciyər, prostat və digər orqanlarda xərçəng hüceyrə böyüməsini azaltmağa kömək etdiyi təsdiqlənmişdir.
Diabet riskini azaldır - qara çaydakı əsas bioaktiv birləşmələr polifenollardır, bunun sayəsində uzun müddətli çay istehlakı qanda qlükoza səviyyəsinin aşağı olmasını tənzimləyir.
Zehni sağlamlığı dəstəkləyir - mütəmadi çay istehlakı, nevroloji xəstəlik riskinin aşağı olması və stress səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilmişdir. Yaşıl çay istehlakı, Parkinson və Alzheimer kimi beyin xəstəlikləri səbəbiylə koqnitiv azalmanın qarşısını almağa da ümid verdi. Çay stressi azalda biləcək və çətin bir gündən sonra rahatlamağınıza kömək edə biləcək təbii sakitləşdiricidir. Antioksidantlar bədəni zehni sağlamlıq problemlərinə səbəb ola biləcək toksinlərdən təmizləməyə də kömək edir.
Həzmə kömək edir - çay həzmi asanlaşdırmağa kömək edir. Bulantıdan ishala qədər bir sıra problemləri müalicə edir. Çayın tərkibindəki taninlər bağırsaq iltihabını azaldır.
Enerjini artırır - qara çaydakı kofein qan dövranına kömək edir və beyin funksiyalarını gücləndirir. Maddələr mübadiləsi, tənəffüs sistemini, ürək və böyrək funksiyalarını stimullaşdırır.
Bakterialarla mübarizə - çay polifenolları antibakterial aktivliyi ilə tanınır. Tədqiqatlar göstərir ki, qara çay Helicobacter pylori infeksiyası riskini azaldır.
Ağız sağlamlığını yaxşılaşdırır - qara çay polifenol tərkiblidir, bu da anti-mikrob və bakteriya xüsusiyyətli tüpürcək fermentləri üzərində inhibitor təsir göstərən kateşinlər, flavonoidlər və taninlərdir. Gündəlik şəkərsiz bir fincan çay, iltihabı azalda bilir, diş çürüməsinin qarşısını alır və ağızdakı bakteriya artımını dayandırır.